Главная > Baş Xəbər / Aktual > ABŞ və Britaniya 11 rusiyalıya qarşı sanksiya tətbiq edib

ABŞ və Britaniya 11 rusiyalıya qarşı sanksiya tətbiq edib


7-09-2023, 20:56.

              ABŞ və Britaniya 11 rusiyalıya qarşı sanksiya tətbiq edib

 

ABŞ və Böyük Britaniya Rusiya ilə əlaqəsi olduğu deyilən "Trickbot” kibercinayətkar qruplaşması ilə əlaqəsi olan 11 nəfərə qarşı sanksiyalar tətbiq edib.

"Report” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi və Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Trickbot” zərərli proqram təminatıdır, "Microsoft Windows” və digər əməliyyat sistemləri üçün toyan virusu yayan kibercinayətkar qrupdur.

Sanksiya tətbiq edilənlər "Trickbot”un idarə edilməsi və satınalma işləri ilə məşğul olan əsas üzvlərdir, onların hamısı Rusiya vətəndaşlarıdır.

"Britaniyalı tərəfdaşlarımızla sıx koordinasiya şəraitində ABŞ bu zərərli kiber fəaliyyətlə mübarizə aparmaq üçün kollektiv alətlərimizdən və səlahiyyətlərimizdən istifadə etməyə davam edəcək”, - ABŞ Maliyyə Nazirliyinin press-relizində deyilir.

Britaniya hökumətindən isə bildiriblər ki, Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) araşdırması nəticəsində "Trickbot” qrupunun bütün dünya üzrə qurbanlardan 180 milyon ABŞ dolları, həmçinin Böyük Britaniyanın 149 sakinindən azı 27 milyon funt sterlinq məbləğində pul qopardığı məlum olub. Onlar xəstəxanalara, məktəblərə, yerli hökumət orqanlarına və müəssisələrə hücum ediblər.

ABŞ-ın məlumatına görə, koronavirus pandemiyası zamanı "Trickbot” qrupu ABŞ-da kritik infrastruktura və səhiyyə obyektlərinə hücum edib. ABŞ kibercinayətkar qrupun Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olduğunu düşünür.

 


Вернуться назад