Главная > Dünya > Ersin Tatar İlham Əliyevə təşəkkür etdi

Ersin Tatar İlham Əliyevə təşəkkür etdi


7-09-2023, 22:20.

  Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etdi

 


 

Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda keçiriləcək tədbirlərdə Şimali Kipr Türk Respublikasının bayrağının dalğalanacağını bildirməsindən sonra Prezident Ersin Tatar yazılı açıqlama verib.

Musavat.com xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar açıqlamasındaİlham Əliyevə təşəkkür edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının bayrağının dalğalanacağını bildirməsi məni sevindirdi.

Şərqi Aralıq dənizindəbir türk dövləti olan Şimali Kipr Türk Respublikasıbir millət, üç dövlətdevizi ilə varlığını davam etdirərkən, Azərbaycanla könül birliyinin, dəyərlərin və eyni millətin ayrılmaz bir hissəsiolaraq münasibətlərimizin gedərək möhkəmlənməsi mənim ən böyük arzumdur.

Mən cənab Prezident İlham Əliyevə verdiyi bəyanatlara görə təşəkkür etmək istəyirəm və ümid edirəm ki, qardaşlığımız, əməkdaşlığımız əbədi olacaq.

 


Вернуться назад