Главная > Islam > Dəstəmaz və qüsl alarkən danışmaq olarmı?

Dəstəmaz və qüsl alarkən danışmaq olarmı?


1-09-2023, 13:13.

                Dəstəmaz və qüsl alarkən danışmaq olarmı?


İslam şəriətinə görə bütün digər ibadət əməlləri kimi qüsl və dəstəmazın da şərtləri risalə adlı kitablarda ətraflı şəkildə izah edilmişdir. Həmin risalələrdə qüsl və dəstəmazın düzgünlüyünə mane olan və onu batil edən hallar da açıqlanır. Bu halların içində danışmaq qeyd edilməyib. Yəni danışmaq qüsl və dəstəmazı batil etməz, amma dəxli olmayan artıq söhbətlərə yol vermək də yaxşı hal satılmır. Dəstəmaz alan zaman bəzi duaları oxumaq isə müstəhəbdir. Dəstəmaz alan şəxs hər əməli yerinə yetirərkən ona uyğun məzmunda dua edir. Məsələn, üzünü yuyan zaman qiyamətdə üzünün ağ olmasını diləyir, əllərini yuyan zaman hesab günündə əməl dəftərinin sol əlinə yox, sağ əlinə verilməsini istəyir, ayaqlarının üzərinə məsh çəkərkən sırat körpüsündən keçəndə ayaqlarının büdrəməməsi üçün Allaha yalvarır.


 


Вернуться назад