Главная > Ölkə > Əli İnsanovun partiyası reyestrdən keçdi, hansı dəyişikliklər olacaq? - AÇIQLAMA

Əli İnsanovun partiyası reyestrdən keçdi, hansı dəyişikliklər olacaq? - AÇIQLAMA


4-09-2023, 18:58.

           Əli İnsanovun partiyası reyestrdən keçdi, hansı dəyişikliklər olacaq? - AÇIQLAMA

 

"Prosesi müsbət dəyərləndirirəm. Partiyalar ciddi təftiş olundu. Ədliyyə Nazirliyinin ciddi yanaşmasını gördük”.

Bunu Musavat.com-aHaqq Ədalət Partiyası Ali Məclisinin sədri Zəlimxan Məmmədli deyib.

O, mövcud qanunun bir sıra obyektiv səbəblərlə izah oluna biləcəyinə diqqət çəkib:"Təkpartiyalı sistemə keçid barədə narahatlıq var idi. Kimsə bunu mürtəce adlandıra bilər, onların da öz arqumentləri var. Bu qanun partiyaların təmərgüzləşməsi baxımından əhəmiyyətlidir. Bir sıra partiyaların qeydiyyat məsələsi ədalətli həll olunacaq. Reyestr zamanı bir sıra qüsurlar üzə çıxdı. Böyük iddiaları olan, lakin strukturlarında qüsurlar olan bir sıra partiyalar özünü buraxdı. Bundan sonra bəzi ideoloji cəhətdən yaxın partiyalar birləşə bilərlər. Bu, proporsional seçki sisteminin tətbiq olunacağını aktual edir. İctimai rəydə də prioritet budur”.

Zəlimxan Məmmədli partiyanın nizamnaməsi ilə bağlı bunları deyib:"Partiyanın İdarə Heyətinin toplantısında dəyişikliklər olub-olmayacağı müzakirə olunacaq. O ki qaldı yeni mərhələdəki gözləntilərə, Azərbaycanda bütün siyasi partiyaların yaranma fəlsəfəsində suverenlik, ərazi bütövlüyü, Qarabağ məsələsi detonator rolunu oynayır. Bunu heç kim inkar edə bilməz. Siyasi sistemin inkişafı, demokratiya üçün mane olan faktorlar var idi. Qarabağ problemi həm də gələcəkdə siyasi institusional quruluşun daha fundamental əsaslarla yenilənməsinə təkan verən ciddi amil olacaq. Ölkədaxili siyasi uzlaşmaya ciddi ehtiyac var. Bu baxımdan dialoqu, siyasi qütblər arasında yaxınlaşmanı məqsədəuyğun hesab edirəm. 44 günlük Vətən müharibəsində siyasi spektrin vahid mövqeyi Azərbaycana uğur gətirdi. Gələcəkdə siyasi proseslərin keçidi üçün siyasi qüvvələr arasında anlaşmanı vacib hesab edirəm”.

Nigar HƏSƏNLİ,
Musavat.com

 


Вернуться назад