Главная > Cəmiyyət > Vətəndaş Həmrəyliyi Partiyası reyestrdən keçdi

Vətəndaş Həmrəyliyi Partiyası reyestrdən keçdi


4-09-2023, 18:09.

              Vətəndaş Həmrəyliyi Partiyası reyestrdən keçdi

 

Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən deputat Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) yenidən təqdim etdiyi üzv siyahılarını yoxlayıb.

 

Bu barədə partiyanın sədr müavini Samir Əsədli məlumat verib.

 

O qeyd edib ki, Nazirlik VHP üzvlərinin reysterini təsdiq edib: "Növbəti mərhələdə Nizamnamə və Proqramın yeni variantını nazirliyə təqdim edəcəyik”.

 

Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir.

 

Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib.

 

Hansı partiyalar buraxılıb?

 

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

 

Qanunun qəbulundan bir neçə ay sonra Azərbaycanda 30-dan çox partiya özünü buraxıb.

 

Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.

 


Вернуться назад