Главная > Maraqlı / Səhiyyə > Əriyin insult riskini azaltmağa kömək etdiyi TƏSDİQLƏNDİ
Əriyin insult riskini azaltmağa kömək etdiyi TƏSDİQLƏNDİ3-09-2023, 18:26. |
Əriyin insult riskini azaltmağa kömək etdiyiTƏSDİQLƏNDİEksperlər bu meyvələri qida rasionunuza mümkün qədər tez-tez daxil etməyi məsləhət görürlər. Və nəyə görə?.. Mütəxəssislərin fikrincə, müasir dünyada insult çox
"cavanlaşıb”. Və bu, əsasən yanlış həyat tərzi və qidalanma ilə bağlıdır. Alimlər izah edirlər: insultun inkişafında əsas amil yüksək qan təzyiqidir, bu orqanlara, xüsusən də ürək, böyrək, beyin, qan damarlarına əlavə yük yaradır. Bu problemi həll etmək üçün, ilk növbədə, pis vərdişlərdən qurtulmalı və rasionunuzu yenidən nəzərdən keçirməlisiniz. Bol meyvə və tərəvəz ilə sağlam bir pəhriz saxlamaq vacibdir. Ərik, yüksək kalium tərkibinə görə tövsiyə olunan qidalar siyahısında birinci yerə çıxıb. Əlbəttə ki, onlar bütün il boyu mövcud deyil, lakin quru ərik onları asanlıqla əvəz edə bilər. Bu məhsulun 100 qramında 1162 mq kalium var ki, bu da gündəlik tələbatın 33 faizini təşkil edir. Ekspertlər izah edirlər ki, orqanizminizə təzyiqi idarə etmək üçün kalium lazımdır, çünki bu mikroelement natriumun təsirini azaldır. Ərik artıq mayeni çıxarır və maddələr mübadiləsini normallaşdırır, bu da kilo verməyə kömək edir, tiroid bezinin işini bərpa edir və bununla da hormonal fonu normallaşdırır. Bundan əlavə, ərik qan əmələ gəlməsini və ürəyin fəaliyyətini yaxşılaşdırır, xolesterolun bədəndən xaric olmasına kömək edir, bağırsaq hərəkətliliyini stimullaşdırır və ümumi gücləndirici təsir göstərir./referans.az
Вернуться назад |