Главная > İdman > Ronaldodan 850-ci qol

Ronaldodan 850-ci qol


3-09-2023, 17:22.

            Ronaldodan 850-ci qol

 

"Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo karyerasında 850-ci qolunu vurub.

"Qafqazinfo” xəbər verir ki, bu, Səudiyyə Ərəbistanı çempionatının 5-ci turunda "Əl-Həzm”ə qarşı matçda baş verib. Portuqaliyalı hücumçu 5:1 hesabı ilə qalib gəldikləri görüşdə bir qol vurub və iki qolun ötürməsini verib.

Beləliklə, o, karyerasında vurduğu qolların sayını 850-ə yüksəldib və bu göstəricidə özünə aid olan rekordu yeniləyib.


 


Вернуться назад