Главная > Siyasət > Müsavat Partiyası AXCP sədrinin müşaviri Məmməd İbrahimin həbsi ilə bağlı bəyanat yaydı

Müsavat Partiyası AXCP sədrinin müşaviri Məmməd İbrahimin həbsi ilə bağlı bəyanat yaydı


16-03-2016, 19:02.
Müsavat bəyanat yaydı:
 
Bəyanatda deyilir: 

"Beynəlxalq insan haqları qurumlarının və Azərbaycan ictimaiyyətinin siyasi məhbusların azadlığa buraxılacağı ilə bağlı gözləntilərinin olduğu bir zamanda Azərbaycan hakimiyyəti müxalif düşüncəli fəallara qarşı repressiyaları davam etdirir.

15 mart 2016-cı il tarixdə Bakı şəhər Nərimanov rayon məhkəməsi tərəfindən AXCP sədrinin müşaviri Məmməd İbrahimə qondarma ittihamlarla 3 il müddətində azadlıqdan məhrumetmə cəzasının verilməsi siyasi repressiya siyasətinin davamıdır. 

Müsavat Partiyası Məmməd İbrahimin qondarma ittihamlarla 3 il müddətinə azadlıqdan məhrum edilməsini siyasi sifarişlə həyata keçirilmiş bir akt kimi qətiyyətlə pisləyir. 

Müsavat Partiyası Məmməd İbrahimin və digər siyasi məhbusların dərhal azad edilməsini tələb edir".


Вернуться назад