Главная > Aktual > Çin rəsmən Rusiya və Hindistana ərazi iddiaları irəli sürdü

Çin rəsmən Rusiya və Hindistana ərazi iddiaları irəli sürdü


30-08-2023, 16:28.

            Çin rəsmən Rusiya və Hindistana ərazi iddiaları irəli sürdü

Çinin dövlət "Standart xəritələrin kartoqrafik xidməti" 2023-cü il üçün coğrafi xəritələr toplusunu təqdim edib, bu xəritələrdə ilk dəfə olaraq Rusiya ərazisinin bir hissəsi Çinin ərazisi kimi göstərilib. Söhbət Amur çayı üzərindəki Böyük Ussuri adasından gedir.

 

Qaynarinfo xəbər verir ki, bu barədə RBC məlumatyayıb.

 

Rusiya və Çin arasında 2008-ci ildə bağlanmış müqaviləyə əsasən, ada iki ölkə arasında bölünüb. Lakin Çinin yeni rəsmi xəritəsində ada tam olaraq Çin ərazisinin ən şərq nöqtəsi kimi qeyd olunur. İzahda vurğulanır ki, "xəritə Çinin və dünyanın digər ölkələrinin sərhədlərinin dizaynı üçün milli standartlara uyğun tərtib edilib”.

 

Rəsmi xəritələr dəsti xəbərlər, kitablar və reklam materialları da daxil olmaqla müxtəlif media vasitələrində istifadə olunacaq. Xəritələr əsas istinad məlumatı kimi də istifadə edilə bilər.

 

Böyük Ussuri adası çaydakı suyun səviyyəsindən asılı olaraq 327-350 kvadrat kilometr ərazini əhatə edir. 19-cu əsrin əvvəllərindən bəri adaya nəzarət etmək üçün Rusiya və Çin arasında uzun mübarizə gedib, lakin 1920-1930-cu illərdə ada sovet qoşunları tərəfindən "mühafizə altına alınıb".

 

Sovet İttifaqının dağılmasından sonra ada Rusiyanın yurisdiksiyasında qalıb. Çin 1964-cü ildən bəri statusuna etiraz edərək əraziyə xüsusi maraq göstərir. 2008-ci ildə Rusiya Böyük Ussuri adasının qərb hissəsini və digər əraziləri Çinə verib. Daha sonra ekspertlər iki ölkə arasında sabit münasibətlərdə Moskvanın uzunmüddətli maraqlarına işarə ediblər.

 

Rusiya prezidenti Vladimir Putin bildirib ki, 2023-cü ildə Rusiya-Çin münasibətləri "yeni dövrə” qədəm qoyub.

 

Çin xəritələrdə Böyük Ussuri adasından əlavə Hindistanın Arunaçal-Pradeş ştatını və sərhədyanı Aksay-çin bölgəsini öz ərazisi kimi qeyd edib.

Hindistan Xarici İşlər Nazirliyi artıq Pekinə etiraz edib.

 


Вернуться назад