Главная > Qarabağ / Ölkə > Şəhidin anası vəfat etdi - FOTO

Şəhidin anası vəfat etdi - FOTO


30-08-2023, 17:30.

            Şəhidin anası vəfat etdi - FOTO

 

Vətən müharibəsi şəhidi Elnur Şirinzadənin anası dünyasını dəyişib.

 

"Qafqazinfo” xəbər verir ki, şəhidin anası Gültəkin Şirinova yaşadığı Yevlax rayonunda vəfat edib.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Elnur Şirinzadə Memarlıq və İnşaat Universitetinin tələbəsi olub. O, 2020-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub. 44 günlük Vətən müharibəsi zamanı, oktyabrın 13-də şəhid olub. Yevlax rayonunun Şəhidlər xiyabanında dəfn olunub.

Elnur Şirinzadə "Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 


Вернуться назад