Главная > Hadisə > "Medica Hospital"da FACİƏ: Ayağı amputasiya edilən qadın ÖLDÜ

"Medica Hospital"da FACİƏ: Ayağı amputasiya edilən qadın ÖLDÜ


30-08-2023, 18:45.

         "Medica Hospital"da FACİƏ: Ayağı amputasiya edilən qadın ÖLDÜ

 

Bakıda qadın özəl xəstəxanada ayağının amputasiyası zamanı ölüb.

Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 29-da 1961-ci il təvəllüdlü Nailə Mustafayevanın Xətai rayonunda yerləşən "Medica Hospital" xəstəxanasında sağ ayağının amputasiyası cərrahi əməliyyatı zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 


Вернуться назад