Главная > Region > ABŞ Azərbaycana 81 minaaxtaran it verib - FOTO
ABŞ Azərbaycana 81 minaaxtaran it verib - FOTO30-08-2023, 20:10. |
ABŞ Azərbaycana 81 minaaxtaran it verib - FOTOABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı "Marshall Legacy Institute” (MLI) daha 5 minaaxtaran iti Azərbaycana göndərib. Musavat.com xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi özünün "X” sosial şəbəkə hesabında yazıb. "Bu yeni çatdırılma xüsusi əhəmiyyət kəsb edir, çünki o, MLI-nin minalardan zərərçəkmiş ölkələrə bağışladığı 300-cü itdir, onlardan 81-i Azərbaycana göndərilib. Burada kritik işlərinə başlayacaq olan Boka, Byanka, Fleks, Leks, Stela və II Taycer Praydı salamlayırıq!" - deyə paylaşımda bildirilib. Qeyd edək ki, daha öncə də ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı "Marshall Legacy Institute” (MLI) 5 minaaxtaran iti Azərbaycana göndərib.
![]() Вернуться назад |