Главная > Mövqe > Entoni Blinken Rusiyaya Krım tatarları ilə bağlı çağırış edib

Entoni Blinken Rusiyaya Krım tatarları ilə bağlı çağırış edib


29-08-2023, 15:39.

          Entoni Blinken Rusiyaya Krım tatarları ilə bağlı çağırış edib

 

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Rusiyanın Krım tatarlarına münasibətini şiddətlə qınadıqlarını bildirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Entoni Blinken rəsmi ”X” səhifəsində paylaşım edib.
"Amerika Birləşmiş Ştatları Rusiyanın Krım tatarlarına qarşı davam edən təqiblərini, o cümlədən yeni kütləvi həbsləri kəskin şəkildə pisləyir”,-deyə Entoni Blinken paylaşımında qeyd edib.
Entoni Blinken bildirib ki, Rusiya Krım tatarlarına qarşı təqiblərinə və Ukraynanın işğalına son qoymalıdır.
Amerika Birləşmiş Ştatlarının dövlət katibi həmçinin Krımdakı bütün siyasi məhbusların azad edilməsi ilə əlaqədar çağırış edib.


Вернуться назад