Главная > Kriminal > Klinika rəhbərinin oğlu ağır cinayət törətdi – FOTO

Klinika rəhbərinin oğlu ağır cinayət törətdi – FOTO


29-08-2023, 21:53.

             Klinika rəhbərinin oğlu ağır cinayət törətdi– FOTO

 

Biləsuvarda tanışlar arasında mübahisə birinin bıçaqlanması ilə nəticələnib.

Uluyol.info "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Mübahisə zamanı 19 yaşlı Məhəmmədəli Hüseynzadə tanışı Səməd Buludlunu bıçaqla vurub.

S.Buludlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Əldə etdiyimiz məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Məhəmmədəli Hüseynov rayonda fəaliyyət göstərən "Yovşan” klinikasının rəhbəri Xoşbəxt Ağayevanın oğludur. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Klinika rəhbərinin oğlu ağır
Вернуться назад