Главная > İdman > Səudiyyə Ərəbistanı klubu Salah üçün 162 milyon dollarlıq təklif göndərəcək

Səudiyyə Ərəbistanı klubu Salah üçün 162 milyon dollarlıq təklif göndərəcək


29-08-2023, 16:42.

         Səudiyyə Ərəbistanı klubu Salah üçün 162 milyon dollarlıq təklif göndərəcək

 

"Əl İttihad” Məhəmməd Salahı transfer etmək üçün "Liverpul”a son təklifini hazırlayır. Səudiyyə Ərəbistanı klubu iki gün ərzində misirlinin keçidi üçün 162 milyon dollarlıq müraciətini edəcək.

Tribunainfo.az xəbər verir ki, "Liverpul” israrla oyunçunu satmayacağını bildirir. Amma Salah artıq getmək haqqında düşünməyə başlayıb. Dünyanın ən ödənişli oyunçusu olmaq imkanı onun seçiminə təsir edib.

Təbii ki, qərarı mersisaydlılar verəcək. Salah müqavilə ilə kluba bağlıdır və seçimi özü edə bilməz, yalnız istəyini rəhbərliyə çatdırıb.

İngiltərə klubu hər nə qədər liderini satmaq istəməsə də, yeni təklif cəlbedicidir. "Liverpul” "Atletiko”dan Joao Feliksin transferi ilə bağlı razılıq əldə etsə, Salah üçün "yaşıl işıq” yandıracaq

 


Вернуться назад