Главная > Dünya > Məhkəmə İmran Xanın azadlığa buraxılmasına qərar verdi

Məhkəmə İmran Xanın azadlığa buraxılmasına qərar verdi


29-08-2023, 21:35.

                  Məhkəmə İmran Xanın azadlığa buraxılmasına qərar verdi

 

Pakistanda İslamabad məhkəməsi 3 il həbs cəzasına məhkum edilmiş Pakistan hökumətinin keçmiş başçısı İmran Xanın girov müqabilində azadlığa buraxılması barədə qərar çıxarıb. Siyasətçinin cəzasının icrası qeyri-müəyyən müddətə təxirə salınıb.

 

 

Qaynarinfo xəbər verir ki, bu barədə Pakistanın keçmiş baş nazirinin vəkili yerli "Geo" telekanalına müsahibəsindəbildirib.

"Qərarın surəti yaxın vaxtlarda təqdim olunacaq. İndi yalnız onu deyə bilərik ki, İmran Xanın girov müqabilində azadlığa buraxılması və hökmün icrasının dayandırılması tələbi təmin edilib”, deyə vəkil bildirib.

 

Xatırladaq ki, aprel ayında Xan Toşaxan dövlət anbarından qiymətli əşyaların satışı ilə bağlı dələduzluq işi ilə bağlı 3 il həbs cəzasına məhkum edilib. Hökmdə Xanın növbəti beş il ərzində siyasi fəaliyyətlə məşğul olmaq imkanından məhrum edilməsi də nəzərdə tutulur.

 

Nizami Bağırov, qaynarinfo

 


Вернуться назад