Главная > İqtisadiyyat > Bu geyimlərin saxtası “Baku City”də hazırlanıb - “Rocco Co”, “Zimar”, “Senori”...

Bu geyimlərin saxtası “Baku City”də hazırlanıb - “Rocco Co”, “Zimar”, “Senori”...


29-08-2023, 21:29.

             Bu geyimlərin saxtası "Baku City”də hazırlanıb - "Rocco Co”, "Zimar”, "Senori”...

Bakı şəhəri, Sabunçu rayonu, Sakit Qocayev küçəsində yerləşən "Baku City” Ticarət Mərkəzinin ikinci mərtəbəsində fəaliyyət göstərən geyim əşyalarının istehsalı sexində "Rocco Co”, "Zimar”, "Senori”, "Collection”, "Laura Moda” qadın geyim brendlərinin saxtasını hazırlayan sahibkar saxlanılıb.

 

Qaynarinfo-nun məlumatına görə, hüquq-mühafizə orqanları tərəfindən "Baku City” Ticarət Mərkəzinin ikinci mərtəbəsində fəaliyyət göstərən geyim əşyalarının istehsalı sexinə keçirilmiş baxış zamanı sexdə hazırlanmış "Rocco Co”, "Zimar” və "Senori” markası üzərində "Made in Turkey” yazılı etiketli saxta qadın geyimləri aşkarlanıb.

 

27 avqust 1977-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş Emin Sərxanov (soyad-şərti) adlı sexin sahibi saxlanılıb.

 

 

O, məhkəmədə ifadəsində bildirib ki, "Binə" və "Sədərək" ticarət mərkəzlərindən aldığı parçalara Türkiyədən gətirdiyi müxtəlif brendlərin etiketlərini vurmaqla, qadın geyimləri hazırlayıb. Sexdə 4 işçi çalışıb. Onların 3-ü dərzi, biri də ütü işlərinə baxırmış. Həmin obyektdə geyimlər tikdirib, topdan və pərakəndə qaydada satışını həyata keçirib.

 

Emin həmçinin "Baku City” Ticarət Mərkəzində bir neçə məşhur türk brenlərinə məxsus hazırladığı saxta geyimlərin reklamlarını da yerləşdirib.

 

Məhkəmənin qərarı ilə Emin Sərxanov Cinayət Məcəlləsinin 200.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3000 manat məbləğində cərimə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

 



Вернуться назад