Главная > Baş Xəbər / Araşdırma > Rusiyanın Ukraynada itkilərinin sayı 240 mini ötüb

Rusiyanın Ukraynada itkilərinin sayı 240 mini ötüb


20-07-2023, 12:37.

            Rusiyanın Ukraynada itkilərinin sayı 240 mini ötüb

 

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun itkilərinin sayı 240 mini keçib.

"Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Son sutkada Rusiyanın 530 əsgəri, 19 artilleriya sistemi və 33 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Müharibə başlayandan indiyədək Rusiyanın digər döyüş itkiləri 4129 tank, 8065 zirehli döyüş maşını, 4592 artilleriya sistemi, 433 hava hücumundan müdafiə sistemləri, 3918 pilotsuz uçuş aparatları, 315 təyyarə və 310 helikopterdən ibarətdir.

Məlumata görə, işğalçı ordu iyulun 20-nə keçən gecə Sumı və Çerniqov vilayətlərinə zərbələr endirib. Rusiya hücumda İran istehsalı olan dronlardan istifadə edib.

 


Вернуться назад