Главная > Cəmiyyət > Gürcüstan 19 Azərbaycan vətəndaşını deportasiya edib

Gürcüstan 19 Azərbaycan vətəndaşını deportasiya edib


20-07-2023, 18:31.

              Gürcüstan 19 Azərbaycan vətəndaşını deportasiya edib

 

Gürcüstan bu ilin ikinci rübündə 19 Azərbaycan vətəndaşını deportasiya edib.

Uluyol.info apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) rüblük hesabatında bildirilib.

Qeyd olunub ki, ölkədən çıxarılan Azərbaycan vətəndaşlarından 10-u yetkinlik yaşına çatmayan, 2-si 18-25 yaş aralığından, 3-ü 26-40 yaş aralığından, 4-ü isə 41-65 yaş aralığındandır.

Ümumilikdə, aprel-iyun ayları ərzində Gürcüstandan deportasiya edilən Azərbaycan vətəndaşlarından 12-si qadın, 7-si isə kişi olub.

Statistikaya əsasən, bu il Gürcüstandan ümumilikdə 32 Azərbaycan vətəndaşı deportasiya edilib.

Cari ilin birinci yarısında Gürcüstandan ən çox deportasiya edilənlər Azərbaycan vətəndaşları olublar.

 


Вернуться назад