Главная > Aktual > Türkiyə ordusu bu il 848 terrorçu zərərsizləşdirib

Türkiyə ordusu bu il 848 terrorçu zərərsizləşdirib


20-07-2023, 20:38.

            Türkiyə ordusu bu il 848 terrorçu zərərsizləşdirib

 

Türkiyə ordusunun son bir həftədə ölkə daxilində və sərhədyanı bölgələrdə keçirdiyi əməliyyatlar nəticəsində 35 terrorçu zərərsizləşdirilib.

"Report” xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə əlaqələr üzrə müşaviri Zəki Aktürk nazirlikdə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri PKK/PYD-YPG, FETÖ və İŞİD terror qruplaşmaları başda olmaqla istənilən təhdid və təhlükəyə qarşı mübarizəni davam etdirir.

Z.Aktürk bildirib ki, bu il ərzində 848 terrorçu zərərsizləşdirilib: "2015-ci il iyulun 24-dən bu günə qədər məhv edilən terrorçuların sayı 38 191-ə çatıb”.

 


Вернуться назад