Главная > Mövqe > İranın Baş Qərargah rəisi: Azərbaycanla problemimiz yoxdur

İranın Baş Qərargah rəisi: Azərbaycanla problemimiz yoxdur


20-07-2023, 20:06.

             İranın Baş Qərargah rəisi: Azərbaycanla problemimiz yoxdur

 

"Azərbaycanla İran arasında sərhəd məsələləri ilə bağlı heç bir problem yoxdur”.

Jamaz.info xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri söyləyib.

"Xoşbəxtlikdən Azərbaycanla əlaqələrimiz inkişaf edir, sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur. Allaha şükürlər olsun ki, iki ölkə arasında iqtisadi əlaqələr günü-gündən inkişaf edir və dərinləşir”, – deyə iranlı general bildirib.

Qeyd edək ki, ötən gün Məhəmməd Baqiri təhlükəsizliyi yoxlamaq üçün Azərbaycanlasərhəd məntəqəsində olub. O, Qərbi Azərbaycan əyalətininNaxçıvanlasərhəddə yerləşən Poldəşt şəhərində və Araz çayı sahillərindəhərbi hissələrə baş çəkib. Baş Qərargah rəisi şəxsi heyətin döyüş hazırlığı vəziyyətini yoxlayıb.

Onu İran ordusunun yüksək vəzifəli komandirləri müşayiət edib.



Вернуться назад