Главная > İqtisadiyyat > Azərbaycanda banan idxal qiymətindən 3 dəfəyə yaxın baha satılır

Azərbaycanda banan idxal qiymətindən 3 dəfəyə yaxın baha satılır


23-06-2023, 19:49.

               Azərbaycanda banan idxal qiymətindən 3 dəfəyə yaxın baha satılır

 

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 13 milyon 934 min dollar dəyərində 19 min 76 ton banan idxal edilib.

Uluyol.info apa-ya istinadən xəbər verir ki, hesabat dövründə bananın bir kiloqramının idxal qiyməti 1.24 manat təşkil edib.

Qeyd edək ki, bu dövrdə bananın orta satış qiyməti 3.30 manata bərabər olub. İdxal qiymətinin sabit qalmağına baxmayaraq bananın qiyməti son bir ildə 25% artım göstərib.

Xatırladaq ki, banan Azərbaycana Ekvadordan idxal edilir.

Nəzərə alaq ki, Azərbaycanın bir ildə banan istehlakı 52 min tondur.

 


Вернуться назад