Главная > Araşdırma > Bu ölkədə elektron siqaretlər QADAĞAN EDİLDİ: “Elə bir epidemiyadır ki...” – SƏBƏB

Bu ölkədə elektron siqaretlər QADAĞAN EDİLDİ: “Elə bir epidemiyadır ki...” – SƏBƏB


2-05-2023, 14:36.

          Bu ölkədə elektron siqaretlər QADAĞAN EDİLDİ:"Elə bir epidemiyadır ki...” –SƏBƏB

 

Avstraliyada elektron siqaretlərin alışı, satışı və istifadəsi qadağan edilib.

Yenicag.az xəbər verir ki, avstraliyalı mütəxəssislər və səhiyyə işçiləri veyplərin bir növ epidemiya olduğunu bildirib. Onlar qeyd edib ki, sözügedən məmulatlar nikotin aludəçiliyini daha da artırır.

Elektron siqaretlər tərkibində heç də siqaretdən az olmayan nikotini ehtiva edir. Onların içindəki maye insanın aldığı nəfəsi buxara çevirir. Bu da ağız, ağciyər və dəri xərçənginə səbəb ola bilər.

Qanuna baxmayaraq, Avstraliyada kimsə sözügedən məmulatdan istifadə etsə, yüksək məbləğdə cərimə tətbiq olunacaq.

Qərarın digər bəzi ölkələrdə də qüvvəyə minməsi iddialar arasındadır.

 


Вернуться назад