Главная > Dünya > SEPAH-ın mərkəzində partlayış baş verib

SEPAH-ın mərkəzində partlayış baş verib


2-05-2023, 21:03.

         SEPAH-ın mərkəzində partlayış baş verib

 

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Damğan şəhəri yaxınlığındakı hazırlıq və dəstək mərkəzində partlayış olub.

APA xəbər verir ki, bu barədə SEPAH-ın Damğan Korpusu məlumat yayıb.

Məlumatda bu gün axşam saatlarında SEPAH-ın Damğan şəhərindən kənarda yerləşən korpuslarından birində qəza nəticəsində döyüş sursatlarının daşınması zamanı partlayış baş verdiyi bildirilir.

Qəzanın səbəbləri araşdırılır.

 


Вернуться назад