Главная > Cəmiyyət > Müsavat Divanının gündəliyi

Müsavat Divanının gündəliyi


1-05-2023, 18:04.

            Müsavat Divanının gündəliyi

 

Mayın 1-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

İclasda əvvəlcə İcra Aparatının rəhbəri Gülağa Aslanlı təşkilati məsələlər və görülən işlər barədə məlumat verib.

İşgaldan azad olunmuş ərazilərin bərpası və məskunlaşma problemləri ilə bağlı aprelin 28-də partiyanın qərargahında keçirilən Dəyirmi Masa təqdir olunub.

Müsavat başqanı Arif Hacılı Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə keçirdiyi görüş və aparılan danışıqlar barədə ətraflı məlumat verib.

Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesndəki son gəlişmələr barədə məlumat dinlənilib.

Türkiyədə mayın 14-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkiləri, Ukrayna da son durum, regionda və dünyada gedən proseslərlə əlaqədar fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.

 


Вернуться назад