Главная > Region > Nazir Naxçıvanda DYP-yə yeni rəis təyin etdi

Nazir Naxçıvanda DYP-yə yeni rəis təyin etdi


4-04-2023, 21:33.

               Nazir Naxçıvanda DYP-yə yeni rəis təyin etdi

 

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.

"Qafqazinfo" xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Mais Məmmədov sözügedən vəzifəyə təyin olunub.

Xatırladaq ki, M.Məmmədov daha əvvəl Suraxanıda DYP-nin rəisi olub. O, bir müddət öncə Naxçıvana göndərilmişdi.

Qeyd edək ki, xəbəri ilk olaraq "avtosfer.az" saytı yayıb.

 


Вернуться назад