Главная > Problem > Nərimanovun icra başçısı bu dəfə avtoyuma məntəqələrinə haqq qoymağa başlayıb

Nərimanovun icra başçısı bu dəfə avtoyuma məntəqələrinə haqq qoymağa başlayıb


16-03-2016, 07:37.
Abidin Fərzəliyevin devalivasiya gəlirləri
Son devalivasiyadan sonra əksər icra başçılarının gəlirlərində kəskin azalmalar müşahidə edilir. Politika.az xəbər verir ki, daha əvvəlki kimi böyük qazanclar əldə edə bilməyən, üstəlik, bunun mümkün olmadığını görən rayon rəhbərləri əlavə qazanc mənbələri axtarmağa başlayıblar. 

Nərimanovun icra başçısı Abidin Fərzəliyev isə digər həmkarlarından fərqli olaraq, yeni vasitələr tapmağa nail olub.Politika.az xəbər verir ki, icra başçısı rayon ərazisində fəaliyyət göstərən bütün avtoyuma məntəqələrindən qazanc mənbəyi olaraq istifadə edə biləcəyini düşünərək, addım atıb. Məlumatlara görə, elə bu səbəbdəndir ki, Fərzəliyev həmin məntəqələrə aylıq haqq qoydurub. 

İddialara görə, icra başçısının yaxın adamları qısa müddətdə Nərimanov rayonu ərazisində fəaliyyət göstərən bütün avtoyuma məntəqələrinə baş çəkərək, bundan sonra yeni qaydalarla işləyəcəkləri barədə xəbərdarlıq edib. Həmin xəbərdarlığa əsasən hər avtoyuma məntəqəsi icra başçısına aylıq 100 manat ödəməli olacaq. 

Məlumatlarda iddia edilir ki, hazırda Nərimanov rayonu ərazisində 300-dən artıq avtoyuma məntəqəsi fəaliyyət göstərir. Bu isə ayda Abidin Fərzəliyevin cibinə əlavə 30 min manat əlavə pulun girməsi anlamına gəlir.
Вернуться назад