Главная > Siyasət > Türkiyə yolu açdı: Finlandiya yaxın günlərdə rəsmən NATO üzvü olacaq

Türkiyə yolu açdı: Finlandiya yaxın günlərdə rəsmən NATO üzvü olacaq


1-04-2023, 09:05.

             Türkiyə yolu açdı: Finlandiya yaxın günlərdə rəsmən NATO üzvü olacaq

 

Cümə günü, martın 31-də NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, yaxın günlərdə Finlandiya rəsmi olaraq NATO-nun 31-ci üzvü olacaq.

Jamaz.info xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.

"Yaxın günlərdə Finlandiya rəsmi olaraq Alyansımıza qoşulacaq. Onun üzvlüyü Finlandiyanı daha təhlükəsiz və NATO-nu daha güclü edəcək”, – Stoltenberq bildirib.

Baş katib əlavə edib ki, NATO üzvü olan 30 ölkənin hamısı Finlandiyanın üzvlüklə bağlı protokolunu ratifikasiya edib. O, Finlandiya Prezidenti Sauli Niinistö ilə də söhbət edib və onu bu tarixi hadisə münasibətilə təbrik edib.

Xatırladaq ki, cümə axşamı, martın 30-da axşam Türkiyə parlamenti Finlandiyanın Şimali Atlantika Alyansına qoşulmasını ratifikasiya edib.

 


Вернуться назад