Главная > Ölkə > Bakı metrosunda həyəcanlı anlar

Bakı metrosunda həyəcanlı anlar


1-04-2023, 08:50.

                    Bakı metrosunda həyəcanlı anlar

 

"Gənclik” metrostansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb və maye buxarlanması olub.

Jamaz.infoxəbər verir ki, bu barədə "Bakı metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

qurum rəsmisi bildirib ki, stansiyada daşınan kimyəvi təmizləyici maddənin toz halında olan digər təmizləyici (xlor) maddə ilə reaksiyaya girməsi nəticəsində ani alışma baş verib.

"Operativ şəkildə müdaxilə edilib, bütün müvafiq təhlükəsizlik tədbirləri görülüb. Sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda araşdırma davam edir. Onu da qeyd edək ki, həmin təmizləyici maddənin metropoliten daxilinə buraxılmasına məhdudiyyət yoxdur”, – deyə B.Məmmədov vurğulayıb.

 


Вернуться назад