Главная > Cəmiyyət > "Media haqqında" Qanunun Konstitusiyaya uyğunluğu yoxlanılmalıdır

"Media haqqında" Qanunun Konstitusiyaya uyğunluğu yoxlanılmalıdır


1-04-2023, 08:34.

             "Media haqqında" Qanunun Konstitusiyaya uyğunluğu yoxlanılmalıdır

 

"24saat.org" və "az24saat.org" saytlarının sahibi, jurnalist Vüqar Qurdqanlı Konstitusiya Məhkəməsinin media haqqında qanunun ölkə Konstitusiyasına uyğunluğunu yoxlaması haqqında vəsatət qaldırıb.

 

Qurdqanlının "Turan" agentliyinə verdiyi məlumata görə, bu media resurslarının media haqqında yeni qanuna əsasən yaradılmış media reyestrinə daxil edilməsindən dəfələrlə imtina olunub.

 

Reyestrə daxil edilmək haqqında daha bir müraciət isə cavabsız qalıb.

 

Bununla əlaqədar Qurdqanlı Medianın İnkişafı Agentliyindən Bakı İnzibati Məhkəməsinə şikayət verib.

 

"Martın 30-da məhkəmə iclasında biz məhkəməyə vəsatət təqdim etmişik ki, qərar verməzdən əvvəl Konstitusiya Məhkəməsinə müraciət etsin, onlardan "Media haqqında" Qanunun Konstitusiyaya uyğun olub-olmadığını yoxlamağı xahiş etsin. Ümid edirik ki, məhkəmə vəsatətimizi təmin edəcək", - deyə Qurdqanlı bildirib.

 

Saytların sahibinə məhkəmə çəkişməsində media hüquqları sahəsində ekspert Xalid Ağaliyev hüquqi yardım göstərir.

 


Вернуться назад