Главная > Dünya > Bu gün Estoniyada parlament seçkiləri keçiriləcək

Bu gün Estoniyada parlament seçkiləri keçiriləcək


5-03-2023, 12:09.

           Bu gün Estoniyada parlament seçkiləri keçiriləcək

 

Bu gün Estoniyada parlament seçkiləri keçiriləcək.

 

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, birpalatalı qanunverici orqanda 101 yer uğrunda 968 namizəd mübarizə aparır.

 

Onlardan 10 nəfəri müstəqil namizəddir. İctimai rəy sorğularının nəticələrinə görə, seçkilərin favoriti iqtidarda olan İslahatlar Partiyasıdır. Bundan əvvəlki parlament seçkilərində islahatçılar 34 mandat əldə ediblər. Bu partiyanın parlamentdə 33-dən 36-dək yer əldə edəcəyi gözlənilir.

 

Estoniyanın Mühafizəkar Xalq Partiyası ikinci yerdədir. Onun parlamentdə 19 yeri var. Proqnozlara görə, mühafizəkarlar öz təmsilçiliyini 23 mandata qədər artıra bilər.

 

Mərkəz Partiyasının parlamentdə 15-19 mandat qazanacağı gözlənilir. Bu partiya 2019-cu il seçkilərində 26 mandat əldə edib.

 


Вернуться назад