Главная > İqtisadiyyat > İşçilərə xoş xəbər: Xərci onlar çəkməyəcək

İşçilərə xoş xəbər: Xərci onlar çəkməyəcək


23-01-2023, 19:16.

           İşçilərə xoş xəbər: Xərci onlar çəkməyəcək

 

Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi müəyyələşib.

 

Uluyol.info xəbər verir ki, bu barədə Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunda öz əksini tapıb.

Qanun layihəsinə görə, əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkməyəcəklər.

1. Məqsəd və təyinatından asılı olaraq əməyin mühafizəsi dövlət büdcəsindən və müəssisənin gəliri hesabına maliyyələşdirilir.

2. Dövlət büdcəsində və yerli büdcələrdə əməyin mühafizəsi üçün ayrıca sətirlə ayrılmış büdcə təxsisatından əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin maliyyələşdirilməsi, məqsədli dövlət və regional proqramlarının hazırlanması və yerinə yetirilməsi üçün istifadə olunur.

3. İşəgötürən və ya müəssisənin mülkiyyətçisi hər il əmək şəraitindən və əməyin təhlükəsizliyi vəziyyətindən, zədələnmələrin və xəstələnmələrin səviyyəsindən asılı olaraq əməyin mühafizəsi üzrə tədbirlərin keçirilməsi üçün lazımi maliyyə vəsaiti və material ayırır. Bu vəsaitlərin başqa məqsədlərə sərf edilməsi qadağandır.

4. Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi həcmi və mənbəyi kollektiv müqavilədə müəyyən edilir, həm də illik xərclərin miqdarı işçilərin əməyinin ödənilməsinə xərclənən vəsaitin məbləğinin iki faizindən az olmamalıdır.(Modern.az)

 


Вернуться назад