Главная > Mövqe > Ermənistan parlamentinin sədri: “Azərbaycan hər dəqiqə hücuma keçə bilər”

Ermənistan parlamentinin sədri: “Azərbaycan hər dəqiqə hücuma keçə bilər”


23-01-2023, 17:13.

        Ermənistan parlamentinin sədri: "Azərbaycan hər dəqiqə hücuma keçə bilər”

 

"Azərbaycan çalışacaq ki, biz güclənənə və heç bir şəkildə əks-hücuma keçə bilməyənə qədər tez-tez hücum etsin”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yanvarın 23-də jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Onun iddiasına görə, ötən ilin sentyabrın 13-də Azərbaycanın hücumu dayandırılıb. Simonyan müdafiə naziri Suren Papikyanın yerli media tərəfindən həmin vaxt təriflənmədiyinə təəccübünü ifadə edib.


Erməni spiker orduda islahatların aparıldığını da deyib. "Siz cəmi iki il əvvəl böyük müharibədən çıxmış ordunun hansı vəziyyətdə olduğunu unudursuz", - deyə Simonyan bildirib.

 


Вернуться назад