Главная > Dünya > Türkmənistan prezidenti atasını toxunulmaz etdi

Türkmənistan prezidenti atasını toxunulmaz etdi


23-01-2023, 18:39.

           Türkmənistan prezidenti atasını toxunulmaz etdi

 

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov ölkənin eks-prezidenti, atası Qurbanqulu Berdiməhəmmədovun toxunulmazlığı haqqında qanunu imzalayıb.

Musavat.com xəbər verir ki, həmin akt "Türkmən xalqının ümummilli lideri haqqında” qanun adlanır.

Qanuna görə, Qurbanqulu Berdiməhəmmədov və onun ailə üzvləri toxunulmazlıq statusuna malikdir, onun əmlakı və ailə mülkiyyəti də eyni hüquqlarla qorunacaq. Qurbanqulu Berdiməhəmmədov həmçinin dövlət tərəfindən mühafizə ediləcək. Dövlət onu lazım olan hər şeylə (mənzil, avtomobil, rabitə, tibbi xidmətlər və s.) təmin etməyə borcludur. Türkmən xalqının lideri həm də ölkə hakimiyyətinin ali nümayəndəli orqanı sayılan Xalq Məsləhətinə başçılıq edir.

Xatırladaq ki, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev də vəzifədən getdikdən sonra bənzər qanunla toxunulmaz status qazanmış, "Elbası” titulunu almış, hakimiyyət üzərində müdaxilə imkanlarını saxlamış və bir çox imtiyazlarla təmin edilmişdi. Lakin sonradan onun bütün bu hüquqları referendum və Məclis tərəfindən qəbul edilən yeni aktla əlindən alınıb.

 


Вернуться назад