Главная > Ölkə > Ermənistan Azərbaycana kompensasiya ödəyəcəkmi?

Ermənistan Azərbaycana kompensasiya ödəyəcəkmi?


19-01-2023, 14:07.

             Ermənistan Azərbaycana kompensasiya ödəyəcəkmi?

Bakı İrəvandan işğal dövründə ətraf mühitin məhvinə görə Azərbaycana tam kompensasiya ödəməyi tələb edir. Bu, Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddialarda öhdəliklərdən biridir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə siyasi şərhçi Asif Nərimanlı çıxış edib. O bildirib ki, vurulan zərər milyardlarla dollarla qiymətləndirilir:

"Beynəlxalq məhkəmələrdə müsbət qərarın çıxacağı, yaxud bunun nə vaxt olacağını zaman göstərəcək, lakin Bakının İrəvana qarşı əsas rıçaqlarından birinin kompensasiya məsələsi olacağı bəllidir. Mövcud şərtlərdə çətin görünsə belə, Ermənistanın kompensasiyanı torpaqla ödəməsi məsələsi də gündəmə gətirilə bilər. Yaxud azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının təmin edilməsi irəli sürülə bilər”.

 


Вернуться назад