Главная > Ölkə > Bəxtiyar Hacıyevin təşkilatı ofisdən çıxarıldı

Bəxtiyar Hacıyevin təşkilatı ofisdən çıxarıldı


15-01-2023, 13:16.

            Bəxtiyar Hacıyevin təşkilatı ofisdən çıxarıldı

 

İctimai fəal Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi İctimai-Siyasi İnstitut ofisdən çıxarılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Müdafiə Xətti hüquq müdafiə təşkilatının həmtəsisçisi Zaur Əkbər məlumat yayıb.

"Caspian Plaza”nın rəhbərliyi adından yanvarın 11-də bildirilib ki, ofisi tərk etmək lazımdır.

Qeyd edək ki, ictimai fəal Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 günlük həbs qətimkan tədbiri seçib.

 


Вернуться назад