Главная > Dünya > Bu ölkədə birdəfəlik plastik əşyaların istifadəsi qadağan olunur

Bu ölkədə birdəfəlik plastik əşyaların istifadəsi qadağan olunur


9-01-2023, 21:08.

       Bu ölkədə birdəfəlik plastik əşyaların istifadəsi qadağan olunur

 

İngiltərədə hökumət plastik çəngəl, qaşıq və boşqab kimi birdəfəlik əşyaların ölkədə istifadəsini qadağan ediləcəyini təsdiqləyib.

BAKU.WS-in NTV-yə istinadla məlumatına görə, qərarın nə vaxt qüvvəyə minəcəyi açıqlanmayıb.

Ətraf mühit naziri Tereza Koffinin sözlərinə görə, bu addım gələcək nəsillər üçün ətraf mühitin qorunmasına kömək edəcək.

Rəsmi məlumatlar göstərir ki, İngiltərədə hər il 1,1 milyard plastik boşqab, 4 milyarddan çox plastik çəngəl və qaşıq istifadə olunur.

Qeyd edək ki, bu qadağa hazırda Şotlandiya və Uelsdə qüvvədədir.

 

 


Вернуться назад