Главная > Sosial > “Draft Construction” MMC ilə bağlı Prezidentə MÜRACİƏT – NARAZILIQ VAR!
“Draft Construction” MMC ilə bağlı Prezidentə MÜRACİƏT – NARAZILIQ VAR!9-01-2023, 18:13. |
"Draft Construction” MMC ilə bağlı Prezidentə MÜRACİƏT –NARAZILIQ VAR!Mən Hüseynov Təbriz Ağahüseyn oğlu 2018-ci ilin avqust-sentyabr aylarında "Draft Construction” MMC-nin sahibi Axundov Eldəniz Ağaəli oğlu ilə tanış olmuşam. Onunla tanışlıqdan qısa vaxt sonra Eldəniz Axundov mənə ortaq tikinti biznesi ilə məşğul olmağı təklif edib. Bundan az sonra mənim təsisçisi olduğum "Kotanlı BTK” MMC şirkəti ilə "Draft Construction” MMC tərəfindən birgə Nəsimi tayonu ərazisində köhnə binaların söküntüsü və onun yerində 16 mərtəbəli yaşayış binasının torpaq qatının qazılması işlərini həyata keçirmişik. Bu işə görə "Draft Construction” MMC aramızda imzalanmış müqavilə əsasında mənə 100 min manata yaxın nağd vəsait ödəyib. Bununla da Axundov Eldəniz Ağaəli oğlu mənim inamımı qazanaraq, aramızda yaxşı yoldaşlıq münasibətləri yaranıb. Tribunainfo.az-ın məlumatına görə, bu barədə "Kotanlı
BTK” MMC-nin təsisçisi Hüseynov Təbriz Ağahüseyn oğlu Azərbaycan Prezidenti
İlham Əliyevə ünvanladığı müraciətində yazıb. Sahibkar Təbriz Hüseynov müraciətində
"Draft Construction” MMC-nin sahibi Axundov Eldəniz Ağaəli oğlundan şikayət
edib. Axundov Eldəniz Ağaəli oğlu ondan borcumu tələb etdiyimə görə dəfələrlə mənə hədə-qorxu gələrək, məni ölümlə təhdid edib. Bu ilin avqust ayında Axundov Eldəniz Ağaəli oğlu məni Heydər Əliyev prospektindəki "Günəş” şadlıq sarayını qarşısına çağıraraq, yanında özü ilə gətirdiyi 5 nəfər hüquq-mühafizə orqanları əməkdaşları ilə bərabər mənə qarşı zor tətbiq edib, ağır küçə söyüşləri ilə təhqir edilmişəm. Hörmətli cənab Prezident, mən uzun illərdən bəri Yeni Azərbaycan
Partiyasının üzvüyəm, daim sizin yürütdüyünüz uğurlu dövlət siyasətini dəstəkləmişəm,
indi də bu əqidəyə sadiqəm. Hazırda 3 azyaşlı övladım var. Amma Axundov Eldəniz
Ağaəli oğlu məni və ailəmi işgəncə, stres və qorxu altında yaşamağa məcbur
edir. T.Hüseynov müraciətində prezidentdən xahiş edir ki, Axundov Eldəniz Ağaəli oğlunun ona qarşı törətdiyi cinayət əməlləri barədə ədalətli araşdırma aparılmasın və hüquqi qiymət verilməsinə tapşırıq verilsin. Tribunainfo.az
Вернуться назад |