Главная > Ölkə > 25 nəfər təcili tibbi yardıma müraciət edib

25 nəfər təcili tibbi yardıma müraciət edib


9-01-2023, 18:56.

            25 nəfər təcili tibbi yardıma müraciət edib

 

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub.

Bu barədə musavat.com-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlardan 18-i qadın, 7-si kişidir.Müraciətlər əsasən diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin taravmaları ilə bağlı olub.

Xəsarət alanlardan biri uşaq, digərləri isə 20-62 yaş aralığında şəxslər olub.

Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.

 


Вернуться назад