Главная > İdman > Rusiya millisi Azərbaycanla oyuna 24 futbolçu çağırıb

Rusiya millisi Azərbaycanla oyuna 24 futbolçu çağırıb


15-03-2016, 21:56.
Rusiya millisi Azərbaycanla oyuna 24 futbolçu çağırıb
21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Rusiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Nikolay Pisarev milliyə 24 futbolçu dəvət edib.
 
Martın 24-də Azərbaycan, 5 gün sonra Almaniyanı qonaq edəcək şimal qonşularımız bu görüşlərə əslən azərbaycanlı Ayaz Quliyevlə Ramil Şeydayev də dəvət olunub. Rusiya yığması hər iki oyunu Rostovdakı "Olimp-2” stadionunda keçirəcək.
 
Qapıçılar: Mixail Borodko ("Yenisey”, Krasnoyarsk), Aleksandr Selixov ("Amkar”,  Perm);
 
Müdafiəçilər: Dmitri Jivoqlyadov ("Dinamo”, Moskva), İlya Zuyev ("Zenit”, Sankt-Peterburq), Vyaçeslav Karavayev ("Yablonets”, Çexiya), Aleksandr Kleşenko, Denis Yakuba (hər ikisi "Kuban”, Krasnodar), Maksim Kuftin ("Stroqino”, Moskva), Aydar Lisinkov ("Spartak”, Moskva), Vitali Lıstsov ("Benfika”, Portuqaliya), Aleksandr Serashov ("Sokol”, Saratov);
 
Yarımmüdafiəçilər: Dmitri Barinov, Aleksey Mirançuk (hər ikisi "Lokomotiv”, Moskva), Aleksey Qasilin ("Şalke”, Almaniya), Ayaz Quliyev, Artyom Timofeyev (hər ikisi "Spartak”, Moskva), Dmitri Yefremov ("Slovan”, Çexiya), Roman Zobnin, Aleksandr Taşayev (hər ikisi "Dinamo”, Moskva), Arşak Koryan ("Vitess”, Hollandiya), İlya Petrov ("Volqa”, Nijni Novqorod);
 
Hücumçular: Nikolay Komliçenko ("Krasnodar”), Kamil Mullin ("Sokol”, Saratov), Ramil Şeydayev ("Rubin”,  Kazan).

Вернуться назад