Главная > Cəmiyyət > Müsavat başqanının müavini DTX-ya çağırıldı

Müsavat başqanının müavini DTX-ya çağırıldı


9-01-2023, 20:39.

           Müsavat başqanının müavini DTX-ya çağırıldı

 

"Bu gün Ukraynaya səfərimlə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə dəvət olundum. Suallar normal idi. Ölkədən kənarda Azərbaycan qanunlarına zidd hər hansı bir fəaliyyətimin olub-olmadığı dəqiqləşdirildi, 44 günlük Qarabağ müharibəsində iştirakımla bağlı bəzi suallar verildi”.

Bunu Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli özünün feysbuk səhifəsində yazıb.

Fərəc Kərimli Milli orduda, cəbhə xəttində hərbi xidmət keçib. Ehtiyatda olan zabitdir. Müsavatçı Gənclər Təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri, partiyanın rəsmi internet səhifəsinin idarəçisi olub, bloqçu fəaliyyəti göstərib.

Həbsdə olan zaman, 2014-cü il sentyabrın 30-da Müsavat başqanının müavini təyin olunub.

 


Вернуться назад