Главная > Araşdırma > Kərəm Mustafayevin övladlarının Londonda restoranı aşkarlandı

Kərəm Mustafayevin övladlarının Londonda restoranı aşkarlandı


22-12-2022, 23:45.

         Kərəm Mustafayevin övladlarının Londonda restoranı aşkarlandı

 

Azərbaycan müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun Komandanı Kərəm Mustafayevin Avropada biznesi aşkarlanıb.

 

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb:

 

"Londonun Foley küçəsində eyniadlı elit restoranda iki nəfərlik ortabab nahar 70-100 funt sterlinqə (150-220 manata) başa gəlir. Bahalı restoranın sahibələri Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı Kərəm Mustafayevin qızlarıdır. Restoran Londonda fəaliyyət göstərən iki şirkət - FOLEY'S RESTAURANT LIMITED və onun törəməsi olan LONDON GASTRONOMY GROUP LTD tərəfindən idarə olunur. Restoran 2017-ci generalın qızlarının adına rəsmiləşdirilib".







 


Вернуться назад