Главная > İdman > “Neftçi” “Kəpəz”lə oyuna itkilərlə çıxacaq

“Neftçi” “Kəpəz”lə oyuna itkilərlə çıxacaq


15-03-2016, 23:54.
"Neftçi" Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində qarşılaşacağı "Kəpəz"lə oyuna hazırlığı davam etdirir. Paytaxt klubu bu görüşə ciddi itkilərlə çıxacaq. 

Belə ki, Jayro cəzalı olduğu üçün bu oyunda komandasına kömək edə bilməyəcək. Kamran Nəcəfzadə hələ də zədədən əziyyət çəkir. Əvəzində Məqsəd İsayev sıraya dönüb. Amma hələ o da tam hazır olmadığına görə komandasına kömək edə biləcək durumda deyil. Qeyd edək ki, "Neftçi" - "Kəpəz" matçı martın 19-da "Bakcell Arena"da keçiriləcək. /Sportnews/

Вернуться назад