Главная > Cəmiyyət > “Nərgiz” mükafatı Ayxan Hacıbəyliyə təqdim olunub

“Nərgiz” mükafatı Ayxan Hacıbəyliyə təqdim olunub


26-12-2022, 13:17.

           "Nərgiz” mükafatı Ayxan Hacıbəyliyə təqdim olunub

 

Dekabrın 25-də mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis edilən mükafat 2022-ci ildə Müsavat Partiyasının fəalı Ayxan Hacıbəyliyə verilib.

Mükafat dekabrın 25-də Müsavat Partiyasının qərargahında keçirilən mərasimdə fəalın özünə təqdim edilib.

Ayxan Hacıbəyli mükafatın ona təqdim edilməsinə qürurlandığını deyib.

Ayxan Hacıbəyli hərbi jurnalistdir və bu il Rusiya qoşunlarının Ukrayna ərazisində hərbi əməliyyatlara başlamasından sonra Ukraynaya yollanıb. O mülki şəxslərə kömək edib və Ukrayna mətbuatı üçün reportajlar hazırlayıb.

Daha sonra onun köməyi ilə azərbaycanlı tələbə Hüseyn Abdullayev rusiyalı hərbçilərin əsirliyindən xilas edilib.

"Nərgiz” mükafatı 2015-ci ildə hepatit xəstəliyindən vəfat etmiş gənc ictimai fəal Nərgiz Yaqublunun xatirəsinə təsis edilib.

2015-ci ildə "Nərgiz” mükafatına gənc fəal İlkin Rüstəmzadəyə, 2016-cı ildə gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədova, 2017-ci ildə mükafat blogger Mehman Hüseynova, 2018-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı, 2019-cu ildə hüquq müdafiəçisi Oqtay Gülalıyevə, 2020-ci ildə vəkil Aqil Layıca, 2021-ci ildə eko aktivist Cavid Qaraya təqdim edilib.

 


Вернуться назад