Главная > Ölkə > AMDP-nin yubiley tədbiri keçirməsinə imkan verilməyib – Video

AMDP-nin yubiley tədbiri keçirməsinə imkan verilməyib – Video


26-12-2022, 22:12.

         AMDP-nin yubiley tədbiri keçirməsinə imkan verilməyib –Video

 

Dekabrın 26-da Azərbaycan Millətçi Demokrat Partiyasının yaradılmasının 30 ili tamam olur.

İstiqlalçı millət vəkili, sabiq daxili işlər naziri İsgəndər Həmidov tərəfindən əsası qoyulan AMDP fəallarının bu gün yubiley tədbiri keçirməsinə imkan verilməyib.

Partiyanın Təşkilat Komitəsinin üzvü Eldar Tağıyevin verdiyi məlumata görə, yubiley tədbirinə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli və digər müxalifət nümayəndələrinin iştirakı nəzərdə tutulubmuş. Lakin tədbirin başlamasına iki saat qalmış tədbirin planlaşdırıldığı "Ülvi” restoranının rəhbərliyi qəbul etdiyi sifarişi iptal edib.

Partiyanın fəalları bundan sonra qonaqlarından üzrxahlıq edərək, tədbiri dar çərçivədə "Malina” restoranında keçirməyə qərar veriblər. Lakin onların üz tutduqları bu məkanda da, yubiley tədbirinin keçirilməsinə imkan verilməyib.

 


Вернуться назад