Главная > Təhsil / Cəmiyyət > Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə

Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə


26-12-2022, 19:37.

         Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə

 

Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il 29 yanvar tarixində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək.

Bu barədə Uluyol.info-ya DİM-dən xəbər verilib.

Regionlarda yaşayan iştirakçıların rahatlığını təmin etmək üçün imtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər 2022-ci il 26 dekabr saat 15:30-dan 2023-cü il 15 yanvar saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

İmtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internet saytında "Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 40 (qırx) AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği "Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat DİM-in internet saytının epayment.dim.gov.az səhifəsində verilib).

Daha sonra DİM-in saytında yerləşdirilə nqeydiyyat linki vasitəsilə "Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub "İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, xarici dil seçilir və "Qeydə al” düyməsi basılır.

İmtahanın başlanma saatı və yeri barədə məlumat imtahandan bir həftə əvvəl Mərkəzin saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

 


Вернуться назад