Главная > Araşdırma / Ölkə > SABİQ NAZİRİN OĞLUNUN 85 MİLYONLUQ BİZNESİ… – Sənəd yayıldı + FOTO

SABİQ NAZİRİN OĞLUNUN 85 MİLYONLUQ BİZNESİ… – Sənəd yayıldı + FOTO


25-12-2022, 16:34.

               SABİQ NAZİRİN OĞLUNUN 85 MİLYONLUQ BİZNESİ…– Sənəd yayıldı + FOTO

 

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla bağlı yeni xəbər yayılıb. Anar Məmmədov Virciniya adalarındakı bir şirkətdə 41 milyon funt sterlinqə (85 milyon manat) sahib olması ilə ölkə gündəminə gəlib.

Sözügedən məsələ ilə bağlı xaricdə yaşayan bloger Cavanşir Həsənli məlumat yayıb. Blogerin yaydığı məlumata görə, sənədlərdə qeyd olunur ki, son nəzarət edən tərəf Anar Məmmədovdur.

Cavanşir Həsənli həmçinin Anar Məmmədovun şirkətinin Britaniyanın şimal-qərbində 22 restorandan ibarət "KFC franchise” şəbəkəsinə sahib olduğunu da açıqlayıb.

 


 

Qeyd edək ki, bundan bir neçə ay öncə Anar Məmmədov xanımına İstanbulda bahalı ad günü şənliyi keçirməklə gündəmə gəlmişdi. Tədbir İstanbulda yerləşən məkanların birində baş tutmuşdu. Məclisdə Türkiyənin tanınmış sənətçiləri Alişan, Demet Akalın, Simge iştirak etmişdilər.

 


Screenshot_3.png (609 KB)


Daha sonra Anar Məmmədov oğlu Ziya üçün xüsusi maşın yığdırması ilə gündəmə gəlmişdi. Bununla bağlı tanınmiş türk iş adamı Erbakan Malkoç paylaşım etmişdi. İş adamı Anar Məmmədovun oğlu Ziya üçün xüsusi yığılmış maşını təqdim etdiyi görüntüləri izəyiciləri ilə paylaşmışdı.


videoPreview.jpg (63 KB)


Musavat.com xəbər verir ki,Anar Məmmədovunölkəyə gələ bilməməsi ilə bağlı xəbərlər yayılsa da hazırda o, Bakıdadır. Onun mühafizəçilərlə, ciddi qoruma ilə dolaşdığı bildirilir.

 


Вернуться назад