Главная > Dünya > Şimali Koreya GƏRGİNLİYİ ARTIRIR - Bu gün günorta saatlarında...

Şimali Koreya GƏRGİNLİYİ ARTIRIR - Bu gün günorta saatlarında...


23-12-2022, 17:44.

               Şimali Koreya GƏRGİNLİYİ ARTIRIR - Bu gün günorta saatlarında...

 

Şimali Koreya rəhbərliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) sanksiyalarına və beynəlxalq ictimaiyyətin reaksiyalarına baxmayaraq, raket sınaqlarını davam etdirir.

Musavat.com xəbər verir ki, Cənubi Koreyanın yaydığı rısmi bəyanatda Şimali Koreyanın yerli vaxtla saat 16:32-də Yapon dənizinə iki qısamənzilli ballistik raket (SRBM) atdığını bildirilib.

Məlumata görə, Pxenyanın Sunan bölgəsindən atdığı iki raket təxminən 250 və 350 kilometr məsafə qət edib.

Qeyd olunub ki, raket sınağı təxribat aktı və BMT Təhlükəsizlik Şurasının təkcə Koreya yarımadasında deyil, həm də beynəlxalq ictimaiyyətdə sülh və sabitliyə zərər vuran qətnamələrinin açıq-aşkar pozulmasıdır.

"Biz bunları qınayırıq və dərhal dayandırılmasına çağırırıq. Hərbçilərimiz Şimali Koreyanın istənilən təxribatınaəzici şəkildə cavab vermək qabiliyyətinə əsaslanaraq qəti hazırlıq mövqeyini davam etdirəcək”.

Qeyd edək ki, Şimali Koreyanın bugünkü raket sınağı Cənubi Koreya və ABŞ-ın B-52H strateji bombardmançıları və F-22 təyyarələrinin iştirakı ilə hava təlimləri keçirməsindən sonraya təsadüf edir.

 


Вернуться назад