Главная > Cəmiyyət > Bəxtiyar Hacıyevin müdafiəsi üçün aksiya keçiriləcək

Bəxtiyar Hacıyevin müdafiəsi üçün aksiya keçiriləcək


20-12-2022, 20:25.

            Bəxtiyar Hacıyevin müdafiəsi üçün aksiya keçiriləcək

 

İcra hakimiyyəti "Müdafiə xətti” hüquq- müdafiə təşkilatının dekabrın 23-də saat 15:00-da Bakının mərkəzində Fəvvarələr meydanında etiraz aksiyası keçirməsinə icazə verməyib.

Etiraz aksiyası fəal Bəxtiyar Hacıyev və digər siyasi məhbusların azadlığa buraxılması tələbilə keçirilir. Bu barədə "Müdafiə xətti”nin direktoru Rüfət Səfərov bildirib.

O qeyd edib ki, təşkilatçılar şəhər administrasiyasının qərarını qanunsuz hesab edirlər, odur ki, aksiyanı keçirəcəklər.

Turan

 


Вернуться назад