Главная > İdman > DÇ-2022:Argentina futbol üzrə dünya çempionu oldu

DÇ-2022:Argentina futbol üzrə dünya çempionu oldu


18-12-2022, 20:48.

      DÇ-2022: Argentina futbol üzrə dünya çempionu oldu

 

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi müəyyənləşib.

 

Finalda Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.

 

Hesabı 23-cü dəqiqədə Cənubi Amerika təmsilçisi açıb. Penaltidən fərqlənən Lionel Messi komandasını önə çıxarıb.

 

36-cı dəqiqədə Anxel Di Mariya 2-ci topu avropalıların qapısından keçirib. İlk hissə "tanqoçular"ın 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

 

80-ci dəqiqədə Kilian Mbappe penaltini dəqiq yerinə yetirməklə buraxılan qollardan birinin əvəzini çıxıb.

 

24 yaşlı hücumçu cəmi 2 dəqiqə sonra tarazlığı bərpa edib.

 

Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb.

 

109-cu dəqiqədə Messi özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Lakin məğlubiyyətlə barışmayan "xoruzlar" 108-ci dəqiqədə hesabı yenidən bərabərləşdiriblər. Mbappe 11 metrlik cərimə zərbəsindən het-trikini rəsmiləşdirib.

 

Matçın əlavə vaxtında da tarazlıq pozulmadığından penaltilər seriyasından istifadə edilib.

 

Burada daha dəqiq oynayan (4:2) Argentina millisi DÇ-2022-nin qalibi olub.

 

Cənubi Amerika təmsilçisi daha əvvəl 1978 və 1986-cı illərdə dünya kubokunu qazanıb.



DÇ-2022

Final

18 dekabr

 

Argentina - Fransa 3:3 (Penalti - 4:2)

Qollar: Lionel Messi, 23-pen; 109. Anxel Di Mariya, 36 - Kilian Mbappe, 79-pen; 82; 118-pen.

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares.

Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru.

Baş hakim: Şimon Marçinyak (Polşa)

"Lusail” stadionu.

 


Вернуться назад